"Trabzonspor"la oyunda yaşananlara görə "Fənərbağça"nın iki futbolçusu cəza alıb

03.04.2024 19:00     Sport reaksiya     183

"Fənərbağça" klubunun futbolçuları Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyunluq cəza alıblar.

Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar çıxarıb.

Onlar Superliqanın XXX turunda "Trabzonspor"la oyunda yaşananlara görə cəzalandırılıblar.

Daha əvvəl intizam işi açılmış İstanbul təmsilçisinin digər legioneri Osayi Samuelə isə cəza verilməyib.

Qara dəniz təmsilçisi isə qarşıdakı 6 matçı azarkeşsiz keçirəcək. "Trabzonspor"un məşqçisi Egemen Korkmaz da bir görüşdə texniki zonada yer almayacaq.

Qeyd edək ki, qarşılaşmadan sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum çəkiblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Matç "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar