Azərbaycan millisi FIFA reytinqində irəliləyib

04.04.2024 15:44     Sport reaksiya     134

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Reaksiya.az xəbər verir ki, bir pillə irəliləyən Azərbaycan yığması 112-ci olub.

Komandamızın hesabında 1177,83 xal var.

Hazırda baş məşqçisiz olan milli Bakıda keçirilmiş “FIFA series - Edition 2024” layihəsində Monqolustanı 1:0 hesabı ilə üstələyib, Bolqarıstan kollektivi ilə heç-heçə edib - 1:1.

Siyahıya son dünya çempionu Argentina (1855.2) başçılıq edir. Fransa (1845,44) ikinci, Belçika (1798,46) üçüncüdür.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar