Avropa çempionatı: Azərbaycanın minifutbol millisinin rəqibləri bəlli olub

04.04.2024 18:17     Sport reaksiya     164

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında rəqibləri bəlli olub.

Reaksiya.az xəbər verir ki, Elşad Quliyevun baş məşqçisi olduğu kollektiv F qrupunda Fransa, İtaliya və Avstriya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar