Türkiyəni təmsil edən azərbaycanlı idmançı yarımfinala çıxdı
26.08.2015 10:18 Sport reaksiya 2707
Pekində keçirilən 15-ci Dünya Atletika Çempionatında Türkiyəni 200 metr məsafədə qaçış üzrə azərbaycanlı idmançı Ramil Quliyev təmsil edib.
Reaksiya.az xəbər verir ki, o, Türkiyə rekordu qıraraq yarımfinala çıxıb.
20.01 saniyə ilə birinci olan Quliyev yarışın ən sürətli atleti olmağı bacarıb.
Yarımfinalın ilk atletləri də müəyyənləşib, yamaykalı Usain Bolt və amerikalı Castin Gatlin qızıl medal uğrunda mübarizə aparacaqlar. Yarışlar bugün keçiriləcək.
Qeyd edək ki, həmyerlimiz 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək bu ölkənin idmançısı olub.
Quliyevin vətəndaşlıq dəyişdirməsi Azərbaycan Atletika Federasiyası tərəfindən pis qarşılanıb.
Şərhlər