Bakıda Avropa Olimpiya Təsnifat turnirinin açılışı oldu

05.04.2024 19:30     Sport reaksiya     90

Bakıda təşkil edilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi keçirilib.

Reaksiya.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı tədbirdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos iştirak ediblər.

İlk olaraq bədii hissədə "Talant şou" rəqs qrupunun çıxışı olub.

Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra Namiq Əliyev çıxış edib. O, tədbir iştirakçılarını salamlayıb və idmançılara uğurlar arzulayıb.

Teodoros Hamakos idmançılar, rəsmi şəxslər və məşqçiləri salamlayıb. O, yarışa ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürlərini çatdırıb.

Daha sonra yunan-Roma güləşində yarımfinal mərhələsi başlayıb.

Qeyd edək ki, yarışda hər çəkidə 2 güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Bu gün start götürən turnir aprelin 7-də başa çatacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar