Qadın millimiz Macarıstanla bərabərliyə razılaşdı
06.04.2024 11:01 Sport reaksiya 147
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Reaksiya.az xəbər verir ki, B Liqasının I qrupunda mübarizə aparan yığma səfərdə Macarıstanla qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 44-cü dəqiqədə Henrietta Çizar açıb. Millimizin heyətində 74-cü dəqiqədə Sevinc Cəfərzadə penaltidə fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da doğma meydanda İsveçrəni qəbul edəcək.
Şərhlər