İrqçiliyin qarşısını almaq üçün bu yollara əl atacaqlar

06.04.2024 17:03     Sport reaksiya     218

İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu A Seriyasının 31-ci turunun oyunları öncəsi irqi ayrı-seçkiliklə mübarizə üçün gücləndirilmiş tədbirlər tətbiq etmək niyyətindədir.

Reaksiya.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Mənbənin sözlərinə görə, FIGC stadionlarda və kənarda sayıqlığı artırmaq istəyir. Həmçinin hər hansı irqçi şüar və ya mahnıların qarsının alınacağı. İrqi dözümsüzlük nümayiş etdirən şəxslərə qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi vurğulanır.

İrqçiliklə mübarizə tədbirlərinin bu şəkildə gücləndirilməsi İtaliyada son matçlarda baş verən bir neçə hadisəsi ilə bağlıdır. Məsələn, İtaliya kubokunun yarımfinal mərhələsinin “Yuventus” – “Latsio” matçında (2:0) “qartallar”ın azarkeşləri Turin klubunun müdafiəçisi Ueston Makkenniyə qarşı irqçi hərəkətlər ediblər.

Reaksiya.az

Şərhlər