"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

06.04.2024 18:30     Sport reaksiya     135

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib.

Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyunda meydana çıxmayıb. 2023-cü ilin avqustunda zədələnən oyunçu bu ilin əvvəlində fərdi məşqlərə başlasa da, martın 19-da yenidən zədələnib və əməliyyat olunub.

Reaksiya.az

Şərhlər