"Siti" və "Arsenal" səfərdə qalib gəldi

07.04.2024 10:15     Sport reaksiya     91

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Reaksiya.az xəbər verir ki, günün ilk oyununda yeddi görüş keçirilib.

Çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" səfərdə "Kristal Pelas"a 4:2, "Arsenal" isə "Brayton" 3:0 hesabı ilə qalib gəlib.

Turun digər oyunlarında "Everton" "Börnli"ni, "Nyukasl" "Fulhem"i 1:0, "Luton" "Bornmut"u, "Vest Hem" "Vulverhempton"u 2:1 hesabı ilə məğlub edib. "Aston Villa" - "Brentford" görüşü isə 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Arsenal" başçılıq edir. "Liverpul" 70 xalla ikinci, eyni xala malik "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.

Reaksiya.az

Şərhlər