Azərbaycanın bədii gimnastika komandası Avropa Kubokunda gümüş medal qazanıb
16.05.2025 19:57 Sport reaksiya 140

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Report xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda 3 top və 2 halqa ilə mübarizədə ikinci olub.
Onların çıxışı 25,150 xalla qiymətləndirilib.
Yığma 5 lentlə kompozisiyanın icrasında dördüncü olub. Komanda həmçinin çoxnövçülük üzrə mayın 17-də keçiriləcək finala vəsiqə qazanıb.
Şərhlər