"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb

19.05.2025 20:34     Sport reaksiya     54

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.

Mərasim sentyabrın 22-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Rodri qazanıb.

Reaksiya.az

Şərhlər