AMF rəsmisi: "Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik"

19.05.2025 20:37     Sport reaksiya     54

Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik.

Reaksiya.az xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov deyib.

AMF rəsmisi mundialın maraqlı keçəcəyinə əmin olduğunu söyləyib:

"Ölkəmiz belə böyük tədbirlər keçirməyə alışıb. Biz də bu nümunəni götürərək, yarışa ciddi səviyyədə hazırlaşırıq. Çalışırıq ki, turnir Azərbaycanın adına layiq olsun. Bu cür yarışlar böyük məsuliyyət tələb edir. İlk üç yerdən birini tutsaq, uğur qazanmış sayılarıq. Təbii olaraq istəyərdik ki, ev sahibi kimi dünya çempionatının kuboku Azərbaycanda qalsın və qalib gələk".

Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.(Report)

Reaksiya.az

Şərhlər