Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib
21.05.2025 19:39 Sport reaksiya 77

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib.
Həndbol Federasiyasından Report-a verilən məlumata görə, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıblar.
“AHF Arena”da baş tutan görüşdə 35:26 hesablı qələbə qazanan “Azəryol” adını finala yazdırıb.
Digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.
Şərhlər