Respublika stadionunda yenilik - FOTOLAR

27.08.2015 01:44     Sport reaksiya     2132

Tofiq Bəhrəmov adına Respublika stadionunda Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçına hazırlıq işləri tamamlanıb.

Reaksiya.az-ın futbolinfo.az-a istinadən məlumatına görə, mərkəzi arenanın ot örtüyü oyuna hazır vəziyyətə gətirilib.

Lakin maraqlısı budur ki, qazonun bərbad vəziyyətdə olan yerləri yaşıl rənglə boyanıb.

Qeyd edək ki, Respublika stadionunda olduğu kimi, "Bakcell Arena"nın meydançası da FSM (Football and Sport Management) şirkətinə həvalə olunub. 

 

Şərhlər