Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib - NƏTİCƏLƏR

27.08.2015 01:59     Sport reaksiya     2146

Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutan son 5 qarşılaşma ilə qrupda çıxış edəcək klubların tam siyahısı dəqiqləşib.

Gecənin sürprizi Kiprdə qeydə alınıb. "Astana" tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Qazaxlar evdə əldə etdikləri minimal hesablı qələbədən sonra səfərdə də rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşıb və ilkə imza atıb.

Qrup mərhələsinə yüksələn digər komandalar isə "Bayer", "Mançester Yunayted", MOİK və BATE olub.

Çempionlar Liqası

Pley-of mərhələsi, cavab oyunları

APOEL (Kipr) - “Astana” (Qazaxıstan) - 1:1

İlk oyun - 0:1

“Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə) - 0:4

İlk oyun - 1:3

“Bayer” (Almaniya) - “Latsio” (İtaliya) - 3:0

İlk oyun - 0:1

MOİK (Rusiya) - “Sportinq” (Portuqaliya) - 3:1

İlk oyun - 1:2

“Partizan” (Serbiya) - BATE (Belarus) - 2:1

İlk oyun - 0:1

Şərhlər