Millət vəkilinin "Qarabağ" sevinci

28.08.2015 00:37     Sport reaksiya     2538

Millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə "Qarabağ" futbol komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində İsveçrənin “Yanq Boyz” klubu ilə cavab oyununda3:0 qələbəsi və Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq şansı qazanması sevincini paylaşıb. Millət vəkili bütün "Qarabağ"lıları qələbə münasibətilə təbrik edib:

"“Qarabağ” bizləri “pis” öyrədir, ancaq biz bu “pis”dən razıyıq !

Bu gün “Qarabağ” futbol komandamız öz meydanında Avropa Liqasının "pley-off" mərhələsində İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib.

Milli komandamızın üzvləri səfərdə qazandıqları minimal hesabı Bakıda daha da möhkəmləndirdilər. Futbolçularımız üç cavabsız qolla dünya futbolunda yeni bir ulduz komandanın parıldadığını elan etdilər.

Artıq neçənci dəfədir ki, “Qarabağ” bizlərə qələbə sevinci yaşadır, futbolu milli idman növünə çevirir. Azərbaycan komandası azərbaycanlı baş məşqçi ilə, Azərbaycan sponsorlaru ilə, azərbaycanlı futbolçularla hər oyununu bayrama çevirir.

Onları böyük qələbə və ikinci dəfə, həm də ardıcıl olaraq UEFA Avropa Liqasının qrup mərhələsində oynamağa haqq qazanması münasibəti ilə təbrik edirəm. Bu Azərbaycanın futbolu tarixində ilk dəfədir ki, baş verir.

Uğurlar “Qarabağ”lılar, sizinlə fəxr edirik" !

 

Şərhlər