"Qadınları yarışlara buraxmayan İran utanmalıdır" - "New York Times"
28.08.2015 00:40 Sport reaksiya 2264
İranda qadınların stadionlara və idman yarışları keçirilən yerlərə (əməkdaşlar və aidiyyəti olan qurumlarda çalışan xanımlar istisna olunmaqla) buraxılmaması "New York Times" qəzetinin tənqidinə məruz qalıb.
Reaksiya.az xəbər verir ki, qəzetin yayımladığı "İranın "Azadlıq" statdionunda əsl azadlıq yoxdur" (In Iran’s “Freedom” stadium, there is no true freedom) başlıqlı məqalədə son zamanlar əsasən İranın nüvə proqramına diqqət ayırıldığı, amma insan hüquqları, xüsusilə də qadın hüquqlarının nəzərdən kənar qaldığı deyilir.
Qəzet yazır ki, bu yay ərzində Dünya Voleybol Liqasında 6 beynəlxalq yarışa ev sahibliyi edən Tehranın "Azadi" stadionuna 12 min tamaşaçı yerləşə bilir, lakin ora qadınları buraxmayıblar.
Öz meydanında ABŞ-ın kişilərdən ibarət yığma komandasını məğlub edən İranın "şübhəsiz fərəh duyduğunu" qeyd edən müəllif Minki Uorden vuğulayıb ki, bu ölkə qadınlara idman yarışlarında iştirak etmək hüququ vermədiyinə görə utanmalıdır.
Yazıda keçən il Britaniyada hüquq məzunu olan Qönçə Qəvaminin Azadi Stadionunda voleybola baxmaq istədiyinə görə həbs edildiyi də yada salınıb.
Məqalədə qeyd olunur ki, əvvəl bu qadağa futbol oyunlarında iştiraka idi, lakin FİFA-nın qadın hüquqları üçün mübarizə aparmadığını görən Tehran qadağanı voleybol yarışlarına da tədbiq edib.
İranın beynəlxalq idman təşkilatlarına üzv olduğunu xatırladan müəllif həmin təşkilatları sözügedən məsələ ilə bağlı fəal rol oynamağa çağırıb.
Sözügedən məqalə sosial şəbəkələrdə də geniş müzakirəyə və marağa səbəb olub. Bir qrup aktivist "Twitter"də @openstadiums adlı hesab açaraq kampaniyaya başlayıblar.
Şərhlər