Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb - NƏTİCƏLƏR
28.08.2015 03:18 Sport reaksiya 2011
Reaksiya.az-ın məlumatına görə, püşkdə 32 iştirakçı komanda 8 qrupda yerləşdiriliblər.
Qitənin ən nüfuzlu klub turnirinin son qalibi "Barselona" E qrupunda yer alıb. Kataloniyalılar bu qrupda Almaniyanın vitse-çempionu "Bayer", "Roma" və Belorusiya çempionu BATE ilə birlikdə çıxış edəcək.
Azərbaycanlı futbolsevərin böyük maraqla gözlədiyi "Qalatasaray"ın da rəqibləri bilinib. "Cimbom" Portuqaliya çempionu "Benfika", Madrid "Atletiko"su və turnirin debütantı "Astana" ilə mübarizə aparacaq.
Bütün qrupların tam tərkibi aşağıdakı kimidi.
A qrupu
1. PSJ
2. “Real”
3. “Şaxtyor”
4. "Malmö"
B qrupu
1. “PSV Eyndhoven”
2. “Mançester Yunayted”
3. MOİK ( Moskva)
4. "Volfsburq"
C qrupu
1. “Benfika”
2. “Atletiko”
3. “Qalatasaray”
4. "Astana"
D qrupu
1. “Yuventus”
2. “Mançester Siti”
3. “Sevilya”
4. "Borussiya" (M)
E qrupu
1. “Barselona”
2. “Bayer Leverkuzen”
3. “Roma”
4. BATE
F qrupu
1. “Bavariya”
2. “Arsenal”
3. “Olimpiakos”
4. "Dinamo" (Zaqreb)
G qrupu
1. “Çelsi”
2. “Porto”
3. “Dinamo” (Kiyev)
4. "Makkabi"
H qrupu
1. “Zenit”
2. “Valensiya”
3. “Lion”
4. "Gent"
Şərhlər