Millət vəkili "Qəbələ"nin qələbəsindən yazdı

28.08.2015 09:57     Sport reaksiya     2778

Millət vəkili Aydın Mirzəzadə futbol komandalarımızın ard-arda qələbəsinin sevincini sosial şəbəkədə dostları ilə bölüşüb. Dünən axşamkı "Qarabağ" təbrikindən sonra bu gün səhər də "Qəbələ"ni təbrik edib:

"Qəbələ" sözündəki hecaların yerini dəyişəndə "Qələbə" sözü alınır. Komandamız həm öz, hən də futbol tarixinə QƏLƏBƏ sözünü yazdı və bizləri sevindirdi.

Avropa Liqasında inamla irəliləyən "Qəbələ" pley-off mərhələsində səfərdə qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazandı.

Oyun gərgin, maraqlı, ən əsası isə Azərbaycan komandasının üstünlüyü ilə keçdi.

Uğurlar “Qəbələ”lilər, sizinlə fəxr edirik"!

Şərhlər