Avroliqada püşk: - "Qarabağ" və "Qəbələ" rəqiblərini gözləyir
28.08.2015 13:55 Sport reaksiya 2596
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq. Reaksiya.az xəbər verir ki, 48 komandanın mübarizə aparacağı 14 qrupun tərkibi müəyyənləşəcək. Ölkəmizi turnirdə təmsil edən "Qarbabağ" və "Qəbələ" klubları da rəqiblərini tanıyacaqlar.
Hər iki komandamız püşkə 4-cü səbətdən daxil olacaq. Bu isə deməkdir ki, təmsilçilərimiz qrup mərhələsində güclü rəqiblərlə mübarizə aparacaqlar.
Monakodakı tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək.
1-ci səbət: "Şalke" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Bazel" (İsveçrə), "Napoli" (İtaliya), "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Vilyareal" (İspaniya), "Rubin" (Rusiya), "Atletik" (Bilbao, İspaniya), "Sportinq" (Portuqaliya), "Marsel" (Fransa), "Dnerp" (Ukrayna)
2-ci səbət: "Braqa" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Latsio" (İtaliya), "Anderlext" (Belçika), "Liverpul" (İngiltərə), "AZ Alkmaar" (Hollandiya), "Viktoriya" (Çexiya), "Brügge" (Belçika), PAOK (Yunanıstan), "Seltik" (Şotlandiya), "Beşiktaş" (Türkiyə), APOEL (Kipr)
3-cü səbət: "Monako" (Fransa), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Legiya" (Polşa), "Bordo" (Fransa), "Lokomotiv" (Moskva, Rusiya), "Lex" (Polşa), "Sent-Etyen" (Fransa), "Slovan" (Çexiya), "Ausburq" (Almaniya), "Rapid" (Avstriya), "Krasnodar" (Rusiya)
4-cü səbət: "Partizan" (Serbiya), "Asteras Tripolis" (Yunanıstan), "Belenenses" (Portuqaliya), "Rusenburq" (Norveç), "Qarabağ" (Azərbaycan), "Molde" (Norveç), "Dinamo" (Belarus), "Qroninqen" (Hollandiya), "Sion" (İsveçrə), "Midtilland" (Danimarka), "Skenderbeu" (Albaniya), "Qəbələ" (Azərbaycan).
Şərhlər