“Qarabağ” və “Qəbələ”, Avropanı fəth elə!!! - "Qarabağ"ın sözçüsü

28.08.2015 14:32     Sport reaksiya     2435

“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Qəbələ" komandasında çalışan həmkarı Anar Hacıyevə cavab təbriki ünvanlayıb:

Reaksiya.az xəbər verir ki, o, Anara təşəkkür edib və bildirib ki, “Qəbələ” həqiqətən də qələbəyə layiq oyun nümayiş etdirib:

“Qəbələ” dörd mərhələdə də uğur qazanmaqla bu liqada çox hündürə tullandı. “Qəbələ”nin rəqibləri də kifayət qədər güclü komandalar idi, rəqibləri arasında bir dənə də olsun, zəif komanda yox idi. “Qəbələ” bu qələbəni haqq edərək qazandı. Onların bu uğuru başqaları üçün də ölçü olacaq. Görəcəklər ki, doğru çalışmaqla qələbə qazanmaq olar. Və inanıram ki, bu qalibiyyət “Qəbələ” üçün sonuncu olmayacaq. Biz rəsmi "facebook" səhifəmizdə də, saytımızda da ““Qarabağ” və “Qəbələ”, Avropanı fəth elə!!!” şüarı ilə “Qəbələ”ni təbrik etmişik. Və bir daha da sizin sayt vasitəsilə təbrik edirəm”.

Nurlan İbrahimov “Qarabağ” komandasının yaxın planlarından da söz açıb: “Bildiyiniz kimi komandamız iki aydan çox idi ki, istirahət etmirdi. İlk növbədə istirahət haqqında düşünürük. Və komanda birinci gündən istirahətə yollanır. Axşam saat 4-də baş tutacaq püşkatmadan sonra rəqiblərimiz bəlli olacaq. Bu il ötən ildən onunla fərqlənirdi ki, həmin zirvədə qalmaq, həmin uğuru qazanmaq daha çətin və daha məsuliyyətli idi. Şükür ki, Allahın izni ilə komanda bunu bacardı”.

Şərhlər