Avropa Oyunları məşəlini Faiq Ağayev və Elnur Məmmədli daşıdı - FOTOLAR

09.06.2015 18:42     Sport reaksiya     2453

Cüdo üzrə olimpiya çempiyonumuz estafeti qəbul edib və məşəli götürərək İçərişəhər istiqamətində hərəkət edib.

"Bakı-2015” I Avropa Oyunları məşəli artıq İçərişəhərə gətirilib.

ANS PRESS-in məlumatına görə, müğənni Faiq Ağayev məşəli cüdo üzrə olimpiya çempiyonumuz Elnur Məmmədliyə təhvil verib. Daha sonra estafeti qəbul edən idmançımız məşəli götürərək İçərişəhər istiqamətində hərəkət edib.

Olimpiya çempiyonumuzdan sonra məşəli Abbas Əzimov (veteran atlet), Bəhram Bağırzadə (aktyor), Həsən Əliyev (güləşçi), Alla Həsənova (voleybolçu), Yalçın Adıgözəlov (xalq artisti) Ənvər Sadıqov (musiqiçi), Şəfiqə Məmmədova (aktrisa / xalq artisti), Spiros Karpalos (Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri), Tünzalə Ağayeva (müğənni) daşıyıb.

Proqrama əsasən, "Bakı-2015” I Avropa Oyunları məşəli Şirvanşahlar Sarayına gətirilib.

Şərhlər

Çox oxunanlar