"Qarabağ"ın qrup mərhələsindəki oyunlarının - TƏQVİMİ

28.08.2015 17:44     Sport reaksiya     2448

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki oyunlarının təqvimi məlum olub. Reaksiya.az xəbər verir ki, J qrupunda mübarizə aparan Ağdam təmsilçisi ilk oyununu səfərdə keçirəcək. Qurban Qurbanovun komandası sentyabrın 17-də "Monako"nun qonağı olacaq. İki həftə sonra isə "Qarabağ" Bakıda "Tottenham"ı qəbul edəcək.

Oktyabrın 22-də və noyabrın 5-də "Anderlext"lə ardıcıl iki dəfə qarşılaşacaq ağdamlılar noyabrın 26-da paytaxtda "Monako"nu qonaq edəcək.

Dekabrın 10-da baş tutacaq son turda isə "Qarabağ" "Tottenhem" səfərinə yollanacaq.

17 sentyabr

"Monako" - "Qarabağ"

1 oktyabr

"Qarabağ" - "Tottenhem"

22 oktyabr

"Anderlext" - "Qarabağ"

5 noyabr

"Qarabağ" - "Anderlext"

26 noyabr

"Qarabağ" - "Monako"

10 dekabr

"Tottenhem" - "Qarabağ"

Şərhlər