“Qalatasaray” əzəli rəqibindən qapıçı transfer edib

29.08.2015 01:40     Sport reaksiya     2047

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib.

Reaksiya.az-ın məlumatına görə, sarı-qırmızılar “Beşiktaş”dan qapıçı Cenk Gönəni transfer edib. Bu barədə klubun rəsmi satı açıqlama yayıb.

Qapıçı ilə 3 illik müqavilə bağlayan istanbullular bu keçid üçün qarşı tərəfə 600 min avro ödəyiblər.

Cenk özü isə bu keçiddən ilk ilində 900 min avro və oyun başına 10 min, ikinci il uyğun olaraq 950 min və 10 min, üçüncü il isə 1 milyon avro və hər oyuna 10 min avro qazanacaq.

Şərhlər