"Qalatasaray" baş məşqçisi ilə yeni müqavilə imzaladı - VİDEO

09.06.2015 22:26     Sport reaksiya     1877

"Qalatasaray" baş məşqçisi Hamza Hamzaoğlu ilə müqavilənin müddətini uzadıb.

ANS PRESS-in məlumatına görə, 44 yaşlı mütəxəssislə üç illik yeni müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, o, illik 1.5 milyon avro qazanacaq.

Qeyd edək ki, H.Hamzoğlu başa çatan mövsümdə "Qalatasaray"la Türkiyə superliqasını və ölkə kubokunu qazanıb.

1970-ci ilin yanvar ayının 15-də Yunanıstanda anadan olan Hamza Hamzaoğlu futbolçu karyerasına 1989-cu ildə “İzmirspor”da başlayıb. Hamza Hamzaoğlu futbolçu kimi yarımmüdafiəçi mövqeyində oynayıb. O, 2 il İzmirdə futbol oynadıqdan sonra “Qalatasaray”a transfer olub.

Hamza Hamzaoğlu 1992-93, 1993-94 mövsümündə “Qalatasaray”ın heyətində Türkiyə çempionu olub. O, ümumilikdə 104 dəfə geydiyi “sarı-qırmızılı” forma ilə 10 qol vurub. 1995-ci ildə “İstanbulspor”a transfer olunub. Daha sonra “Siirtspor”, “Yozqatspor”, “Alanyaspor”, “Konyaspor” və “Bəylərbəyi”nin heyətində oynayıb. Hamza Hamzaoğlu 1999-cu ildə futbolçu karyerasını bitirib. Bu illər ərzində yalnız 1 dəfə Türkiyə millisinin şərəfini qoruyan Hamzaoğlu nizam-intizamlı futbolçu kimi diqqət çəkib.

O, karyerası ərzində yalnız 1 dəfə qırmızı vərəqə alaraq, meydançadan qovulub. Hamzaoğlu məşqçilik fəaliyyətinə 2008-ci ildə “Malatyaspor”da başlayıb. Daha sonra “Eyyüpspor” və “Dənizlispor”u çalışdırıb. Amma o, məşqçi kimi özünü “Akhisar”da doğruldub. 2010-11 mövsümünün bitməsinə 10 tur qalmış “Akhisar”a gətirilən Hamzaoğlu komandanı çempionatda saxlaya bilib. Növbəti mövsüm isə “Akhisar”ı Superliqaya çıxararaq, diqqətləri üzərinə çəkməyi bacarıb. Onun rəhbərlik etdiyi komanda 2013-14 mövsümündə daha əvvəl çempion olmuş klublardan “Qalatasaray”, “Fənərbağça”, “Trabzonspor” və “Bursaspor”u məğlub etmişdi. Ötən mövsüm komandanı tərk edən mütəxəssis Fatih Terimin dəvəti ilə Türkiyə millisində köməkçi məşqçi işləyib.

Hamza Hamzaoğlu “Qalatasaray”ın sayca 57-ci baş məşqçisidir. Buna qədər “sarı-qırmızılı” klubda 12 müxtəlif ölkədən 37 xarici və 19 türk mütəxəssis çalışıb. Hamza Hamzaoğlunun “Qalatasaray”ın baş məşqçisi kimi debütü dekabrın 3-də Türkiyə Kuboku yarışında “Eskişehirspor”la oyunda olacaq. Gənc mütəxəssisin Superliqadakı ilk rəqibi isə əvvəlki komandası “Akhisar” olacaq. Hamza Hamzaoğlu 2011-14-cü illər ərzində çalışdırdığı “Akhisar”da 112 oyunda 44 qələbə, 30 bərabərlik və 38 məğlubiyyət əldə etmişdi.

Şərhlər

Çox oxunanlar