O, dayanmaq bilmir

30.08.2015 08:43     Sport reaksiya     2091

Yüngül atletika üzrə Pekində keçirilən dünya çempionatında tərkibində Hüseyn Boltun da olduğu Yamayka yığması 4X100 metr estafet yarışında 37,36 saniyə ilə qalib gəlib.

Beləliklə, əfsanəvi sprinter 11 qat dünya çempionu olub. Hazırkı dünya çempionatında H.Bolt iştirak etdiyi hər üç növdə (100 metr, 200 metr və 4x100 metr estafet) məsafəni hamıdan tez qət edib. Xatırladaq ki, 29 yaşlı atlet həm də altıqat Olimpiya çempionudur və səkkiz dünya rekorduna imza atıb.

Estafet yarışlarında ikinci yeri 38,01 saniyə nəticə ilə Çin komandası tutub.

Şərhlər