"Fənərbaxça"da sürpriz ayrılıq

30.08.2015 13:19     Sport reaksiya     2179

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, transferin pəncərəsinin bağlanmasına 2 gün qalmış Fənərbaxçada sürpriz bir ayrılıq yaşana bilər. Baş məşqçi Vitor Pereiranın rəğbətini qazana bilməyən Michal Kadlec komandadan ayrılmaq istəyir.

2016-cı il Avropa Çempionatında Çexiya Milli Komandasında oynamaq istəyən futbolçu forma geyinmək şansı tapa biləcəyi bir komandaya getmək arzusundadır.

Qeyd edək ki, Pereira-nın indiyə qədər heç bir rəsmi matçda əsas heyətdə yer vermədiyi təcrübəli futbolçunun mövsüm sonunda Fənərbaxça ilə müqaviləsi bitir.

Şərhlər