"Qəbələ" bu komanda ilə yoldaşlıq görüşü keçirəcək

30.08.2015 16:50     Sport reaksiya     2878

UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qəbələ” milli komandaların oyunu ilə əlaqədar çempionata verilmiş fasilədən səmərəli istifadə etmək istəyir. 

Reaksiya.az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz fasilə müddətində baş məşqçi Roman Qriqorçukun vətəni Ukraynada təlim-məşq toplanışında olacaq.

Klubdan verilən məlumatda qeyd edilib ki, təlim-məşq toplanışı zamanı “Qəbələ” ilə Qriqorçukun keçmiş komandası Odessa “Çernomorets”ı arasında yoldaşlıq görüşü keçirmək planlaşdırılıb.

Matçın sentyabrın 6-da baş tutacağı bildirilir.

Şərhlər