Bakıda dünyanı heyran edən görüntülər - VİDEO

10.06.2015 10:34     Sport reaksiya     2031

I Avropa Oyunlarının məşəlinin "Alov qüllələri"ndən aşağı endirilməsinin yeni gpörüntüləri yayımlanıb.
 

Reaksiya.Az-ın ANS Press-ə istinadən məlumatına görə, azərbaycanlı alpinisti Rinat Rəhimxanov 190 metr hündürlükdən cəsarətli eniş edib. İki dəqiqəlik enmə zamanı alpinist məşəli uğurla daşıyıb.

Ətrafda toplaşan insanlar bu tarixi hadisəni böyük maraqla izləyiblər. Daha sonra mətbuata açıqlama verən Renat Rəhimxanov çox həyəcanlı olduğunu söyləyib. 
O bildirib ki, bu məsuliyyətli vəzifəni yerinə yetirdiyi üçün qürur duyur: "Ölkəmizi təmsil edəcək idmançılara yarışlarda uğurlar arzu edirəm. Ümid edirəm ki, I Avropa Oyunlarında bütün idmançılarımız yaxşı nəticələr alacaq. Avropa bizi izləyir. Bu mötəbər yarış nəticəsində ölkəmiz daha da çox irəli gedəcək", - deyə R.Rəhimxanov söyləyib.

Şərhlər

Çox oxunanlar