İspan hücumçu "Neftçi"də ilk qolunu vurdu
31.08.2015 12:10 Sport reaksiya 2173
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövrünə hazırlıqlarını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.
Reaksiya.az xəbər verir ki, Samir Əliyevin yetirmələri əvəzedici heyətlə görüşüb.
Qarşılaşmada “Neftçi”nin əsas komandası 3:1 hesabı ilə qalib gəlib. Mirabdulla Abbasovun hesabı açdığı görüşdə digər qolları paytaxt təmsilçisində ilk oyununu keçirən Antonio Kuinta və Erik Ramos vurublar.
Əvəzedicilərdən isə Aqşin Qurbanlı fərqlənib.
Şərhlər