Şarapova "Böyük Dəbilqə"dən imtina etdi

31.08.2015 14:01     Sport reaksiya     2290

Mariya Şarapova: "Vaxtın az olması mənə tam hazır olmağa imkan vermədi".

Rusiyalı tennisçi Mariya Şarapova mövsümün sonuncu “Böyük Dəbilqə” seriyalı US Open turnirində iştirak etməkdən imtina edib.

Reaksiya.az ANS PRESS-ə istinadən məlumat verir ki, rusiyalı raketka ustası bununla bağlı öz rəsmi facebook səhifəsində status paylaşıb. Turnirdə iştirakdan imtinasının Şarapova belə izah edib: 

"Təəssuf ki, mən bu il "US Open" turnirində iştirak edə bilməyəcəm. Mən bu turnirə hazırlaşmaq üçün əlimdən gələni etmişəm, ancaq vaxtın az olması mənə tam hazır olmağa imkan vermədi. Azarkeşlərimə üzümü tutub deyirəm ki, bir neçə həftədən sonra Asiya turnirlərinə qatılacam və ili tam sağlam bitirmək niyyətindəyəm."



Mariya Şarapova WTA reytinqində 6035 reytinq xalı ilə 3 yerdə qərarlaşıb.


Mariya Şarapova - US Open turnirində

Şərhlər