"Real Madrid" arzusuna son gündə çatdı

01.09.2015 01:26     Sport reaksiya     2228

"Manchester United"in 24 yaşlı ispan qapıçısı David De Xea transfer pəncərəsinin son günündə 30 milyon avro qarşılığında "Real Madrid"ə transfer olub.

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ingilis klubu məlumat yayıb. 

2011-ci ildə 25 milyon avroya "Atletico Madrid"dən alınan oyunçu primyer liqaya gələn ən bahalı qapıçı kimi yadda qalıb. 4 il ərzində 175 oyuna çıxan təcrübəli qolkiper bu ildən "Real Madrid"də oynamaq istədiyini bildirib və bu gün kral klubu ingilislərlə razılaşıb.

Şərhlər