"Neftçi İdman Klubu"dan növbəti uğur

01.09.2015 11:41     Sport reaksiya     2214

İspaniyada keçirilən gənclər arasında kikboksinq üzrə Avropa birinciliyi başa çatıb.

Reaksiya.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisinin heyətində "Neftçi İdman Klubu"nun 6 üzvü medalçılar sırasında yer alıb.

51 kq çəki dərəcəsində yarışan Çingiz Əhmədzadə bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. 75 kq çəkidə mübarizə aparan Elmir Süleymanov yalnız finalda uduzaraq gümüş medal qazanıb. "Neftçi İdman Klubu"nun daha 4 üzvü - Nəcməddin Məmmədzadə, Elvin Süleymanov, Qiyas Şahmərdanov və Kamran Bayramov Avropa birinciliyini 3-cü yerdə başa vurublar.

Bu gün Heydər Əliyev adına hava limanında idmançıların qarşılanma mərasimi olub. "Neftçi”nin kik-boksinq üzrə baş məşqçisi Ehram Məcidov gənc idmançılarımızın Avropa çempionatındakı parlaq qələbələrinin xarici ölkələrin yığma komandalarının rəhbərliyi və idman mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Ehram Məcidov onlara göstərilən etimada görə "Neftçi İdman Klubu" və Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

 

 

Şərhlər