AFFA-nın baş katibi Cavid Hüseynovdan danışdı

01.09.2015 17:01     Sport reaksiya     2507

AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbsinə münasibət bildirib.

Reaksiya.az Report-a istinadən  xəbər verir ki, federasiya rəsmisi hadisə təəssüfedici olduğunu söyləyib:

"Biz öncədən hadisəyə münasibətimizi bildirmişik. Cavid Hüseynov yaxşı futbolçudur. Son zamanlar da yaxşı formada idi. Yəni, həm təmsil olunduğu klubda, həm də milli komandada özünü yaxşı göstərirdi. Ona daim əsas heyətdə yer verilirdi, güvənilirdi. Çox təəssüf ki, belə hadisə baş verdi. Ümidvarıq ki, o, gələcəkdə də karyerasını davam etdirəcək və azarkeşləri sevindirəcək. Əsas odur ki, ədalətli qərar olsun".

Məmmədov bildirib ki, AFFA C.Hüseynovla bağlı müvafiq qurumlara rəsmi müraciət etməyib: "İstintaqın gedişini gözləyirik. Nəticə bəlli olduqdan sonra onun əsasında müraciət edəcəyik".

Şərhlər