Rusiyanın məşhur xanım gimnastı Bakıya gəlir
10.06.2015 14:21 Sport reaksiya 2223
İdman gimnastikası üzrə Olimpiya çempionu Aliyə Mustafina 2015-ci il mövsümünə iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə start verəcək.
ANS PRESS-in məlumatına görə, ötən ilin sonunda zədələnən gimnast Almaniyada müalicə keçdikdən sonra Rusiyaya qayıdıb. A.Mustafinanın əsas hədəfinin Avropa Oyunları olduğu üçün martın əvvəlində Penzada təşkil olunmuş ölkə çempionatında iştirak etməyib.
İdmançı şəxsi məşqçisi ilə birlikdə “Bakı-2015”ə ciddi hazırlaşır. Bakıdan sonra gimnast oktyabrda Böyük Britaniyada “Rio-2016” Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatına qatılacaq.
Mustafina ikiqat dünya çempionu (komanda, çoxnövçülük və gimnastika tiri üzrə çıxışlarda) və üçqat Avropa çempionudur (komanda, çoxnövçülük və müxtəlif hündürlüklü qollar üzrə çıxışlarda).
Artıq Rusiya idmançıları bu gün Azərbaycana yola düşüb. Rusiya I Avropa Oyunlarında 360 Rusiya idmançısı iştirak edəcək. Onlar arasında 7 olimpiya çempionu və 34 dünya çempionu yer alır. İdman gimnastikası üzrə Olimpiya çempionu Aliyə Mustafina 2015-ci il mövsümünə iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə start verəcək.
ANS PRESS-in məlumatına görə, ötən ilin sonunda zədələnən gimnast Almaniyada müalicə keçdikdən sonra Rusiyaya qayıdıb. A.Mustafinanın əsas hədəfinin Avropa Oyunları olduğu üçün martın əvvəlində Penzada təşkil olunmuş ölkə çempionatında iştirak etməyib.
İdmançı şəxsi məşqçisi ilə birlikdə “Bakı-2015”ə ciddi hazırlaşır. Bakıdan sonra gimnast oktyabrda Böyük Britaniyada “Rio-2016” Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatına qatılacaq.
Mustafina ikiqat dünya çempionu (komanda, çoxnövçülük və gimnastika tiri üzrə çıxışlarda) və üçqat Avropa çempionudur (komanda, çoxnövçülük və müxtəlif hündürlüklü qollar üzrə çıxışlarda).
Artıq Rusiya idmançıları bu gün Azərbaycana yola düşüb. Rusiya I Avropa Oyunlarında 360 Rusiya idmançısı iştirak edəcək. Onlar arasında 7 olimpiya çempionu və 34 dünya çempionu yer alır.
Şərhlər