Alman futbolçunun “Qalatasaray”a transferi ləğv edilib
03.09.2015 01:29 Sport reaksiya 1901
“Qalatasaray”ın Dortmund “Borussiya”sından transfer etdiyi Kevin Qrosskroytsun keçidinə FİFA tərəfindən icazə verilməyib.
Reaksiya.az-ın məlumatına görə, buna səbəb “Qalatasaray”ın lazımi sənədləri gərəkli vaxtdan 48 saniyə gec göndərməsi olub.
İstanbul klubu daha sonra FİFA-ya etiraz etsə də bu dəfə imza çatışmağlığı səbəbindən klubun etirazı da qəbul edilməyib və transfer baş tutmayıb.
Məsələ ilə bağlı Dortmund cəbhəsindən də açıqlama gəlib. Almanlar rəsmi internet saytından aşağıdakı açıqlamanı yayıblar:
“Oyunçunun Türkiyəyə transferi baş tutmayıb. “Qalatasaray”ın etirazları da bir nəticə verməyib. Bununla belə, türklər FİFA-nın icazəsi olmadan da transferin həyata keçməsini istədilər, klubumuz da bunu qəbul etdi”.
Bunun nəticəsi olaraq isə, Qrosskroyts “Qalatasaray”la məşqlərə çıxıb, toplanışlarda iştirak etsə də, yanvar ayınadək oyunlarda forma geyə bilməyəcək.
Şərhlər