Norveçli futbolçu yığmamıza qarşı oynamaq istəmir

10.06.2015 15:24     Sport reaksiya     1944

Yığma komandamızın Avro-2016-nın seçmə mərhələsindəki rəqibi Norveç millisi bir futbolçunun xidmətindən məhrum ola bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, iyunun 12-də millimizlə keçiriləcək oyun üçün heyətə cəlb edilən Mohamed Elyunussi Norveç yığmasından imtina etmək fikrindədir.

Bu barədə 21 yaşlı hücumçu özü açıqlama verib. “Mölde”nin üzvü doğulduğu Mərakeşin yığma komandasında oynamaq arzusundadı: “Mərakeş Futbol Federasiyası ilə bununla bağlı danışıqlar aparıram. Norveçin əsas yığmasında hələ bir dəqiqə də meydançada olmamışam. Buna görə də, seçimimi Mərakeş millisinin xeyrinə edə bilərəm. Artıq bir ildi ki, Mərakeş millisi haqda məlumat toplayıram. İndi onların gələcək planları ilə də tanış olmaq istəyirəm. Norveçin gənclər yığmasının oyunu olmasaydı, danışıq aparmaq üçün Mərakeşə yollanacaqdım”.

 

Qeyd edək ki, Mohamed Elyunussi iyunun 8-də Norveç yığmasının İsveçlə keçirdiyi yoldaşlıq görüşünü (0:0) ehtiyat oyunçular skamyasından izləyib.

Şərhlər

Çox oxunanlar