Türkiyə yenə xal itirdi, Hollandiya evdə uduzdu
04.09.2015 09:05 Sport reaksiya 2146
Xəbər verdiyimiz kimi AÇ-2016-nın seçmə mərhələsinin A, B və H qruplarında növbəti oyunlar keçirilib.Günün ən maraqlı oyunlarından biri də Belçikada baş tutub. Hazırda B qrupunda ikinci pillədə qərarlaşan meydan sahibləri seçmə mərhələyə gözlənilmədən uğursuz start verən Bosniya və Herseqovina millisini qəbul edib. Oyun 3:1 hesabıyla belçikalıların qələbəsiylə yekunlaşıb.
A qrupunda mübarizə aparan Türkiyə millisi isə evdə Latviyanı sınağa çəkib. Bu qarşılaşma qardaş ölkə millisi üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, bu oyunadək hesabında 8 xal olan "ay-ulduzlular" Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün mütləq latışları məğlub etməliydi. Türklər bu tapşırığın öhdəsindən gələ bilməyiblər. Qarşılaşmanın 77-ci dəqiqəsində hesabda önə keçən "ay-ulduzlular" son dəqiqədə buraxdıqları qolla 3 xalı əldən veriblər.
Bu qrupda keçirilən digər oyunda isə Hollandiya evdə İslandiyaya minimal hesabla uduzub. Bu komandalar arasında İslandiyada keçirilmiş ilk oyun da islandların qələbəsiylə nəticələnmişdi.
Şərhlər