Arda Turan: "Bu, bizim bacarıqsızlığımızdır” - VİDEO

04.09.2015 12:11     Sport reaksiya     2150

Futbol ürzə Türkiyə milli komandasının kapitanı Arda Turan 2016-cı il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində A Qrupunda Latviya ilə 1-1 bərabərə qaldıqları qarşılaşmada yaxşı oyun ortaya qoyduqlarını, ancaq şansları düzgün dəyərləndirmədiklərini söyləyib.

Reaksiya.az vəbər verir ki, qarşılaşmadan sonra jurnalistlərə müsahibə verən Arda Turan Latviya qarşısında qaçırdıqları qol variantlarından danışıb:

"Yaxşı oynadığımızı düşünürəm. Hər şeyi etdik, ancaq olmadı. Bu, bizim bacarıqsızlığımızdır. Ancaq ən azından Hollandiyaya bir xal yaxınlaşdıq. Şansımız hələ də davam edir. Sona qədər döyüşəcəyik. Ümid edirəm ki, lazım olanı edib, qarşıdakı matçları qazanacağıq. Dünyanın heç bir yerində asan oyun yoxdur. Bunu artıq başımızdan çıxarmağımız lazımdır. Hər zaman Avropa və dünya çempionatlarında oynayan bir ölkə deyilik. O üzdən hər oyuna ciddi hazırlaşacağıq. Bazar günü əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümidimizi itirməməyə çalışırıq”.

Arda Turan Latviya qarşılaşmasında matçı 90 dəqiqə boyunca dəstəkləyən Konya tamaşaçısına təşəkkür edib.

Şərhlər