Rövnəq Abdullayevə yeni vəzifə verildi

04.09.2015 17:13     Sport reaksiya     3328

Bu gün Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin iclası keçirilib. İclasda Federasiyaya yeni rəhbər seçilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Cüdo Federasiyası yayıb.

Məlumata görə SOCAR və AFFA prezidenti Rövnəq Abdullayev Cüdo Federasiyasına prezident seçilib.

Federasiyadan bildirilib ki, bu gün Milli Olimpiya Komitəsində Rövnəq Abdullayevin təqdimatı olacaq. Saat 17:00-da baş tutacaq təqdimatdan sonra kimlərin federasiyada qalıb-qalmayacağı da dəqiqləşəcək.

Xatırladaq ki, bundan öncə federasiyaya keçmiş əmək və əhalinin sosial müdafiəsi nazir, "İmprotex" şirkətinin sahibi Füzuli Ələkbərov rəhbərlik edirdi.

Şərhlər