Çempionlar Liqasının ən yaxşı qolu seçildi - VİDEO

11.06.2015 00:34     Sport reaksiya     1878

UEFA-ın ekspertləri 2014-2015 mövsümündə Çempionlar Liqasının ən yaxşı qollarını seçiblər. 

Reaksiya.Az-ın məlumatına görə, ilk pillədə "Real"ın səfərdə "Liverpul"a 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Kriştiano Ronaldonun vurduğu qol qərarlaşıb.

"Bayer"in yarımmüdafiəçisi Son Xın Minin "Zenit"lə görüşdə vurduğu qol isə qitənin ən nüfuzlu klub turnirində standart vəziyyətdən vurulmuş ən yaxşı qol seçilib.

1. Kriştiano Ronaldo ("Liverpul" 0-3 "Real" (Madrid), 22/10/14)
2. İvan Rakitiç ("Yuventus" 1-3 "Barselona", 06/06/15)
3. Lionel Messi ("Barselona" 3-0 "Bavariya", 06/05/15)
4. Luis Suares (PSJ 1-3 "Barselona", 15/04/15)
5. İvan Rakitiç ("Barselona" 1-0 "Mançester Siti", 18/03/15) 
6. Marko Roys ("Qalatasaray" 0-4 "Borussiya" (Dortmund), 22/10/14)
7. Kərim Benzema ("Real" (Madrid) 5-1 "Bazel", 16/09/14)
8. Lionel Messi (PSJ 3-2 "Barselona", 30/09/14)
9. Robert Levandovski ("Bavariya" 6-1 "Porto", 21/04/15)
10. Vensan Əbubəkir ("Porto" 4-0 "Bazel", 10/03/15)

Şərhlər

Çox oxunanlar