"Qəbələ"nin hücumçusu fərqləndi, komandası 3 qol vurdu

07.09.2015 12:12     Sport reaksiya     2079

Bosniya və Herseqovina millisi "Avro-2016"nın seçmə mərhələsində Andorra ilə qarşılaşıb.

Reaksiya.az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Ermin Zets ilk dəqiqələrdən meydanda olub.

Oyun Bosniya və Hersoqovina seçməsinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolun ötürməsini də məhz 27 yaşlı forvard verib.

Xatırladaq ki, bu qələbədən sonra xalını 11-yə yüksəldən Bosniya və Hersoqovina yığması turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Bosniya və Hersoqovina yığmasının heyətində yer alan "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Andorra ilə görüşdə iştirak etməyib.

 

Şərhlər