ABŞ-da Rusiya himninə qarşı hörmətsizlik - VİDEO

09.09.2015 11:52     Sport reaksiya     2171

ABŞ-da keçirilən yunan-Roma güləşi üzrə Dünya Çempionatında rusiyalı idmançı Roman Vlasov 74 kq çəki dərəcəsində çempion olub.

Reaksiya.az xəbər verir ki, o, medalını alan vaxt iki dəfə Rusiya himninin səhv variantı səslənib.

Vlasov bu haqda rus mətbuatına açıqlama verib: "Təşkilatçılara doğru himn səslənənə qədər poddiumdan düşməyəcəyimi dedim, çünki bütün ilboyu bu an üçün çalışırıq. Ayaqlarım sınana qədər orada gözləyəcəkdim”.

 

Şərhlər