I Olimpiya Oyunları Fransa mətbuatında

11.06.2015 16:27     Sport reaksiya     2034

"Frans-Press" Agentliyi Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı yazı hazırlayıb.

Yazıda Bakının I Avropa Oyunları üçün infrastruktur qurduğu qeyd olunub.

Yazıda ilk Avropa olimpiya oyunlarında 6000 atletin 20 idman növü üzrə güclərini sınayacağı da xüsusi vurğulanıb: "Rəsmi statistikaya görə, oyunlara 1.2 milyard dollar xərclənib və 9 min idmançını qəbul edə biləcək modern təsisatlar hazırlanıb". 

"Hökumət bu tədbiri Avropaya yaxınlaşmaq üçün fürsət hesab edir" deyə vurğulanan yazıda gənclər və idman naziri Azad Rəhimovun və Prezidentin köməkçisi Əli Həsənovun fikirlərinə də yer verilib.

A. Rəhimov qeyd edib ki, bu oyunlar "dinamik inkişaf edən Azərbaycanın nüfuzunun uzunmüddətli möhkəmləndirilməsinə xidmət edir”.

Əli Həsənov isə Azərbaycanda bütün fundamental azadlıqlara hörmət olunduğunu qeyd edib.

"Cənab Həsənov "Azərbaycana qarşı xaricdən idarə edilən qarayaxma kampaniyası”nı sərt tənqid edib", - deyə agentlik vurğulayıb.

Şərhlər