Futbol bu sevgililəri ayırdı

10.09.2015 10:20     Sport reaksiya     2215

Almaniya milli komandasının Türk əsilli futbolçusu İlkay Gündoğan iki ildir birlikdə olduğu sevgilisi Sila Şahinlə ayrılıb.

Reaksiya.az xəbər verir ki, Almaniyanın “Borussiya Dortmund” klubunda forma geyinən İlkay Gündoğan Sila Şahinin Berlində yaşaması və özünün davamlı ezamiyyətdə olması səbəbiylə çətinlik yaşadıqlarını ifadə edərək münasibətlərinə son qoyduqlarını açıqlayıb.

İsveçrə mətbuatı isə yazıb ki, İlkay Gündoğan – Sila Şahin arasında yaşanan münasibətdə futbol daha üstün olub.

Şərhlər