Baş məşqçi prokurorluqda dindirilib
11.09.2015 03:32 Sport reaksiya 1922
İtaliyalı mütəxəssis Fabio Kapello prokurorluq əməkdaşları tərəfindən dindirilib. Reaksiya.az-ın məlumatına görə, məşhur baş məşqçi Rusiya millisində işlədiyi zaman haqqında yaranmış vergidən yayınma şübhəsi səbəbilə dindirlib.
Bu barədə Rusiya Futbol Federasiyasına (RFF) keçmiş namizəd Alişir Asminov məlumat verib.
İtaliya hüquq mühafizə orqanlarını maraqlandıran əsas məsələ Kapellonun RFF ilə bağladığı müqavilənin detalları və söyləntilərə görə tərəflər arasında bağlanmış “qara müqavilə”dir.
Onun təxminən 10 milyon avronu vergidən yayındırmaqda şübhəli bilirlər.
Şərhlər