Güləşçilərimiz daha iki Olimpiya lisenziyası əldə edib
11.09.2015 06:30 Sport reaksiya 2227
ABŞ-ın Las Veqas şəhərində güləş üzrə Dünya Çempionatı davam edir.
Reaksiya.az-ın verdiyi xəbərə görə, 4-cü yarış günündə qadın və kişi sərbəst güləşçiləri 4 çəki dərəcəsində yarışıblar. Azərbaycan güləşçiləri Yuliya Ratkeviç (58 kq) və Toğrul Əsgərov (65 kq) növbəti lisenziyaları əldə ediblər. Bundan başqa onların bürünc medal qazanmaq şansı da var.
Xatırladaq ki, bundan əvvəl Yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya lisenziyaları əldə edib. Rəsul Çunayev (71 kq) dünya çempionu olub, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala layiq görülüb.
Qaydalara əsasən, lisenziya qazanmaq üçün idmançılara ilk beşliyə düşmək gərəkdir.
Şərhlər