Yaralı avstriyalı idmançılardan yeni xəbər - FOTOLAR

11.06.2015 18:08     Sport reaksiya     2322

Bakıda Atletlər Kəndində baş verən qəzada yaralanan üç avstriyalı idmançı ilə bağlı yeni məlumat verilib.

Reaksiya.Az-ın ANS Press-ə istinadən məlumatıhna görə, Avstriya Olimpiya Komitəsinin baş katibi Piterr Minnel açıqlama verib ki, hadisə ilə bağlı bütün lazımi addımları atılır.

Onun sözlərinə görə, idmanşı Vanessa Saxinoviç ciddi zədə alıb. Bir neçə sınıq zədəsi alan idmançı dərhal Vyanaya göndərilib. Bundan başqa üzgüçü Luna Payer də vətəninə yola salınıb.

"Digər idmançımız Verena Breyt yüngül zədə alıb və atletlər kəndinə qayıdıb” - deyə Minnel qeyd edib.

Şərhlər

Çox oxunanlar