"Qəbələ" - PAOK: Biletlər nə vaxt satışa çıxacaq?

11.09.2015 12:25     Sport reaksiya     2419

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk matçını PAOK-a qarşı keçirəcək "Qəbələ"nin matçına bilet satışı sentyabrın 14-dən təşkil olunacaq.

Reaksiya.az xəbər verir ki, "Bakcell Arena"da keçiriləcək matç üçün biletlərin qiyməti 2, 5 və 10 manatdır.

Qeyd edək ki, "Qəbələ" - PAOK qarşılaşması sentyabrın 17-də, saat 22:00-da start götürəcək.

 

Şərhlər