Alman futbolunun Türk gözəli Antalyada - VİDEO
11.09.2015 15:44 Sport reaksiya 2836
Almaniyada peşəkar futbol karyerası ilə yanaşı reklamda çəkilən, televiziya seriallarında rol alan 28 yaşlı türk qızı Filiz Koç Qadın Futbolu üzrə 1-ci Liqasında “1207 Antalya Muratpaşa Belediyespor”la razılaşıb.
Reaksiya.az xəbər verir ki, Koç yeni komandası ilə çempionluq qazanmağı, Türkiyədə qadın futbolunun inkişafına töhfə vermək istədiyini deyib.
“Qalatasaray”lı keçmiş futbolçu Küçük Savaşın Almaniyada böyüyən qızı 12 yaşında peşəkar futbol karyerasına başlayıb. 16 yaşında Türkiyə Qadın A Milli Komandasının formasını geyinən Filiz futbol karyerası ilə yanaşı reklamda, televiziya seriallarında çəkilib və şou proqramlarına qatılıb.
Almaniyada “Futbolun Gözəli” kimi tanınan Filiz forma geyindiyi 2-ci Liqa komandası “Hannover Limner”den Antalyaya transfer olur.
Aktyor Serenay Aktaşın sabiq komandası “1207 Antalya Muratpaşa Belediyesor”da liqa çempionluğunu qazanmağı hədəfləyən klub rəhbərləri Filiz Koçla Antalyada bir araya gəldi. Türkcə zəif danışan Filiz simpatik davranışları ilə komanda yoldaşlarının da rəğbətini topladı. Yaşıl meydançada reklam və futboldakı hünərlərini nümayiş etdirən Koç qazanmağı sevdiyini, Antalyaya çempion kubokunu qaldırmaq üçün gəldiyini deyib:
"Almaniyada “Futbolun Gözəli” kimi tanınıram. Türkiyədə də qadın futbolunun inkişafına töhfə vermək, gənclərə, uşaqlara yaxşı nümunə olmaq istəyirəm. Futbolla yanaşı reklamda, televiziya seriallarında, kino filmləriində təklif gələrsə, çıxış etməyi istəyirəm, amma prioritetim futbol olacaq. Qazanmağı sevirəm, qazanmaq üçün meydançaya çıxacağam".
Türkiyənin Qadın Futbolu üzrə A Milli Komandasının Ərzurumda təlim toplanışına qatılacaq Filiz Avropa Çempionatı qrup qarşılaşmasında Xorvatiya oyununda ay-ulduzlu forma geyinəcək.
“1207 Antalya Muratpaşa Belediyespor”un İdman Direktoru Hüseyn Türk Filiz Koçla 3 həftə sonra saziş imzalayacaqlarını bildirib.
Şərhlər